İspaniya Ukraynaya 1 milyardlıq hərbi yardım paketi göndərəcək


İspaniya Ukraynaya 1 milyard avro dəyərində yeni yardım paketi təqdim edəcəyini vəd edib.

Turkustan.az xəbər verir ki, “Ukrayna ədalətli və davamlı sülhə nail olmalıdır"-deyə, Krallığın baş naziri Pedro Sançes X-də yazıb.

“Mən indicə Kiyevdə elan etdim ki, İspaniya Ukrayna xalqına 1 milyard avro dəyərində yeni hərbi yardım paketi göndərəcək. Təkcə diplomatiya kifayət etməyəcək. Biz bunu daha böyük güc və birlik ilə birləşdirməliyik".

Bildirək ki, 2024-cü ilin mayında Vladimir Zelenski Madridə səfər edib. O, Sançeslə təhlükəsizlik sazişi imzalayıb və bu müqaviləyə əsasən, Madrid 2024-cü ildə Kiyevə 1 milyard avroluq hərbi yardım göstərəcəyini vəd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ