Zelenskidən Rusiyaya yeni təklif – Müharibə bitə bilər


Rusiya ilə bütün hərbi əsirlərin tam mübadiləsi mümkündür.

Turkustan.az xəbər verir ki, bu təkliflə Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib.

O, bunu münaqişənin sona çatması prosesinin “başlanğıcı” kimi qiymətləndirib:

“Ukrayna mübadilə etməyə hazırdır və bu, başlamaq üçün ədalətli yoldur”.

Zelenski Moskvanın sülh danışıqlarına ciddi yanaşmadığına dair iddiaları da təsdiqləyib:

“Putin sülhü təmin etməyəcək. Biz bunu güc yolu ilə qazanmalıyıq. Bu il həqiqi, davamlı sülhün başlanğıcı ili olmalıdır”.

Qeyd edək ki, bu gün bəzi Avropa İttifaqı liderləri Ukraynaya gediblər. Onlar ABŞ-la artan fikir ayrılığı fonunda dəstək nümayişi etdiriblər./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ