Polşa Ukrayna üçün nəzərdə tutulan 91 milyon avronu xərcləyib


Polşanın RARS şirkəti Avropa İttifaqının (Aİ) Ukrayna üçün ayırdığı maliyyə yardımından sui-istifadə etməkdə ittiham olunur.

Məlumata görə, bu barədə RMF FM radiostansiyası OLAF-ın (Avropa Saxtakarlıqla Mübarizə Bürosu) məlumatlarına istinadən məlumat yayıb.

Qeyd olunur ki, Hüquq və Ədalət Partiyasının hakimiyyəti dövründə Kiyev üçün generatorların alınması zamanı 91 milyon avro (161.7 milyon manat) məbləğində vəsait xərclənib.

Bununla əlaqədar Avropa Komissiyasının nümayəndəsi Aİ-nin fırıldaqçılıq, korrupsiya və digər qanun pozuntularına qarşı sıfır dözümlülük siyasəti olduğunu vurğulayıb ki, bu da vəziyyətin ciddiliyindən xəbər verir./oxu.az


MANŞET XƏBƏRLƏRİ