Kallas: Ukraynaya sülhməramlı göndərmək üçün gərək öncə sülh olsun!


"Avropa İttifaqı hələlik Ukraynaya “sülhməramlılar”ın göndərilməsini müzakirə etmir".

Turkustan.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Aİ xarici işlər nazirliklərinin rəhbərlərinin görüşünə gələrkən deyib.
"Sülhməramlıları göndərmək üçün ilk növbədə sülh lazımdır"-deyə, Kallas bildirib.

Onun sözlərinə görə, Aİ ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri hazırda “sülhməramlı missiyaları deyil, Aİ-nin Ukraynaya verə biləcəyi təhlükəsizlik zəmanətlərini” müzakirə edirlər.

Kallas həmçinin qeyd edib ki, Aİ ölkələri hərbi yardımı nəzərdən keçirir və bu müzakirə martın 6-da Aİ-nin fövqəladə sammitində davam etdiriləcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ