Prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan Ankara İdman Salonunda keçirilən AK Partiyanın 8-ci Növbəti Böyük Qurultayında çıxışına qurultayın partiyalarına, ölkəsinə və millətinə xeyirli olmasını diləyərək başlayıb.
Turkustan.az xəbər verir ki, Ərdoğan bildirib ki, Türkiyədə 170-dən çox siyasi partiya var və onlara bir partiya əlavə olunarsa, demokratiya daha da zənginləşəcək. O, həmçinin bunları söyləyib:
"Qeyri-rəsmi siyasətlə məşğul olmaq dövrü bitdi. Yeni Türkiyədə qeyri-rəsmi iqtisadiyyata, qeyri-rəsmi siyasətə yer yoxdur. Siyasətlə məşğul olmaq istəyirsənsə, bura döyüş meydanıdır. Mənim bu sözlərim təkcə siyasətə həvəsli olan kapital təmsilçilərinə deyil, həm də müxalif partiyalara ünvanlanıb. Unutmayın, artıq Türkiyə dəyişib. Siz də bu yeni Türkiyəyə alışmalı və siyasətlərinizi ona uyğun təyin etməlisiniz”.
Aytən Yaşar/ Turkustan.az