Ukrayna prezidenti Zelenski Rusiya-Ukrayna müharibəsinin 3-cü ildönümünə görə açıqlama verib.
Turkustan.az xəbər verir ki, Zelenski Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümündə ölkəsi ilə fəxr etdiyini bildirib.
O, sosial media hesabında bu barədə açıqlama verib:
"3 il müqavimət, 3 il minnətdarlıq, 3 il ukraynalıların mütləq qəhrəmanlığı. Mən Ukrayna ilə fəxr edirəm. Onu qoruyan və kömək edən hər kəsə təşəkkür edirəm. Dövlətimiz və xalqımız üçün canından keçən hər kəsin xatirəsi əbədi olsun".
Bildirək ki, Ukraynanı dəstəkləyən liderlər Rusiyanın başladığı müharibənin üçüncü ildönümündə paytaxt Kiyevdə toplaşır.
Zelenski dünən keçirdiyi mətbuat konfransında müxtəlif ölkələrdən yüksək səviyyəli nümayəndələrin fevralın 24-də Ukraynaya gələcəyini açıqlayıb.
Bu gün Ukraynada keçiriləcək görüşdə 13 xarici lider iştirak edəcək, 24 nəfər isə onlayn rejimdə əlaqə saxlayacaq.
Aytən Yaşar/ Turkustan.az