Trampın Maskdan tələbi: İŞİNDƏ DAHA AQRESSİV OL!


ABŞ Prezidenti Donald Tramp, Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəsmisi İlon Maskın işində "daha aqressiv" olması lazım olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, o bu barədə "Truth Social" platformasındakı hesabında paylaşıb.

DOGE altında dövlət qurumlarının təftişini və qənaətini təmin etmək üçün daha çox səy tələb olunduğunu vurğulayan Tramp, "İlon əla iş görür. Amma mən onun daha aqressiv olmasını istəyirəm" deyib.

"Unutmayın, bizim qənaətə ehtiyacı olan bir ölkəmiz var. Amma biz onu sonda həmişəkindən daha böyük etməliyik"-deyə, o əlavə edib.

ABŞ prezidenti “Amerikanı yenidən möhtəşəm et (MAGA)” şüarını təkrarlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ