Mansur Yavaşdan prezidentliyə namizədliklə bağlı açıqlama


Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaş Cümhuriyyət Xalq Partiyasında (CHP) prezidentliyə namizədin müəyyən edilməsi üçün keçiriləcək ilkin seçkilərə münasibət bildirib.

Turkustan.az-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, CHP-nin prezidentliyə namizədini müəyyən edəcək ilkin seçkilərə qarşı deyil.

“Biz ilkin seçkilərə qarşı deyilik. Burada problem partiyanın enerjisini sərf etməməsidir. Biz bunun ölkə gündəmini geri itələyəcəyini düşünürdük. Yenə də xeyirli-uğurlu olsun. Qaldı ki, ölkə prezidentliyinə namizədlik üçün ərizə verməyimə, bunlardan danışmaq hələ tezdir. Biz bütün alternativləri müzakirə etmişik və onlar həmişə gündəmdə olacaq. Bizim öz başımıza namizəd olmaq və ya olmamaq kimi bir haqqımız yoxdur. Xalq nə qərar verirsə, gün gələndə, bir tələb olarsa, təbii ki, onu qiymətləndirəcəyik. Ancaq bunu deyərkən, məni heç vaxt fikir ayrılığına uğrayan gün görməyəcəksiniz”, - M.Yavaş deyib.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ölkə prezidentliyinə namizədlik üçün ərizə təqdim edib. O, martda keçiriləcək səsvermədə yeganə namizəddir. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ