Orban: "Ukrayna heç vaxt NATO üzvü olmayacaq"


Macarıstan hesab edir ki, Ukrayna NATO-nun üzvü olmayacaq, yenidən Rusiya ilə Şimali Atlantika Alyansı arasında bufer zonaya çevriləcək.

Turkustan.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Budapeştdə ötən ilin siyasi yekunları və hökumətinin qarşıdakı dövr üçün prioritetləri ilə bağlı proqram xarakterli çıxışı ilə deyib.

Qonşu ölkədəki münaqişəyə toxunaraq, o, “əslində müharibə Ukrayna ilə bağlı deyil, NATO ilə Rusiya arasında münaqişə zonası olan və hazırda NATO-nun nəzarətində olan “Ukrayna” adlı ərazidən gedir” fikrini ifadə edib. "Niyə avropalı və amerikalı liberalların rusların kənarda durub buna baxacağını düşündükləri sirr olaraq qalır. Onların cəhdinin uğursuzluğa düçar olduğu artıq bəllidir. Ukrayna və ondan qalanlar yenidən bufer zonaya çevriləcək. Ukrayna NATO-nun üzvü olmayacaq"-deyə, Orban bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ