"Vladimir Zelenski hələ ABŞ-la faydalı qazıntı sazişi imzalamağa hazır deyil".
Turkustan.az xəbər verir ki, bu barədə Britaniyanın "Sky News" telekanalı Zelenskiyə yaxın mənbəyə istinadən məlumat yayıb.
“Müqavilə hələ imzalanmağa hazır deyil, bir sıra problemli məqamlar var”- deyə, telekanalın mənbəsi qeyd edib ki, Zelenski “təklif olunan şərtləri indiki formada qəbul etməyə hazır deyil”. Onun sözlərinə görə, hazırkı məqamda saziş layihəsi tərəflər arasında “tərəfdaşlığı əks etdirmir” və yalnız Ukrayna tərəfdən “birtərəfli öhdəlikləri” ehtiva edir.
Bundan əvvəl Amerikanın “The Wall Street Journal” qəzeti tərəflərin demək olar ki, kompromis əldə etdiyini və müqavilənin fevralın 22-də imzalana biləcəyini yazıb . Radanın Avropa Həmrəyliyi Partiyasından olan deputatı Aleksey Qonçarenko daha sonra bəyan edib ki, Ukrayna faydalı qazıntılarının çıxarılmasına dair sazişi Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa və ABŞ dövlət katibi Marko Rubio imzalayacaq.
Aytən Yaşar/ Turkustan.az