Norveç və İspaniya "Fələstinliləri Qəzzadan çıxarmaq" planını rədd etdi


Norveç və İspaniya ABŞ prezidenti Donald Trampın fələstinliləri Qəzzadan çıxarmaq planını rədd edir.

Turkustan.az xəbər verir ki, İsrailin hücumları nəticəsində xarabalığa çevrilmiş Qəzzanın yenidən qurulması məsələsi beynəlxalq ictimaiyyətin prioritet məsələlərindən olsa da, Trampın Qəzzadakı fələstinliləri ərəb ölkələrinə, xüsusilə İordaniya və Misirə deportasiya etmək planına beynəlxalq reaksiyalar artır.

Fevralın 20-21-də Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısında Qəzza məsələsi ən mühüm gündəm bəndlərindən biri olub.

Qərb dünyasının Fələstin dövlətini tanıyan və fələstinlilərin yanında olan azsaylı ölkələrdən biri olan Norveç və İspaniyanın xarici işlər nazirləri də bu görüşün iştirakçıları arasında olublar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ