Şimali Koreya Seul və Vaşinqtonun fevralın 20-də keçirdiyi birgə hava təlimlərindən sonra, “ABŞ və digər düşmənlərə qarşı strateji vasitələrdən istifadə edəcəyi ilə” hədələyib.
Turkustan.az xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreya Müdafiə Nazirliyinin İnformasiya Departamentinin rəhbəri fevralın 20-də Cənubi Koreya ilə ABŞ arasında keçirilən hava təlimi ilə bağlı açıqlama verib .
Departament rəhbəri bəyan edib ki, Pxenyan “ABŞ və digər düşmənlərdən gələn strateji təhlükəyə strateji üsullarla qarşı çıxacaq” və “(Pxenyan) güclü çəkindirmə ilə Koreya yarımadasındakı qeyri-sabit təhlükəsizlik mühitinə nəzarət və idarə etmək üçün məsuliyyətli hərbi fəaliyyətlərini davam etdirəcək”-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az