ABŞ miqrantların həbsi üçün hərbi bazalardan istifadə edəcək


ABŞ prezidenti Donald Tramp administrasiyasının qeyri-qanuni mühacirləri deportasiya etməzdən əvvəl onları saxlamaq üçün ölkədəki hərbi birləşmələrdən istifadə etməyi planlaşdırır.

Turkustan.az xəbər verir ki, New York Times (NYT) qəzetinin planlardan xəbərdar olan üç ABŞ rəsmisinə əsaslanan xəbərinə görə, Texas əyalətindəki Fort Bliss Hərbi Bazasında 10 minə yaxın qeyri-qanuni immiqrantın saxlanılması planlaşdırılır.

Adının açıqlanmasını istəməyən səlahiyyətlilərin sözlərinə görə, Tramp administrasiyası qeyri-qanuni mühacirləri deportasiya tamamlanana qədər həbs etmək üçün bu addımı atacaq.

Səlahiyyətlilər, ölkənin qərbindəki Yuta əyalətindən Kanada sərhədindəki Nyu Yorka qədər hər bölgədə hərbi bazaların bu plan çərçivəsində nəzərdən keçirilə biləcəyini və planın saxlanılması və daha sonra deportasiya edilməsi gözlənilən qeyri-qanuni mühacirlərin saxlanılması üçün yer çatışmazlığının aradan qaldırılmasına kömək edəcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ