Dünyanı bu 4 lider formalaşdıracaq - Fransa məlumat yaydı


Fransanın “Le Point” jurnalı “Yeni Dünya Nizamı” başlığı ilə xüsusi buraxılış dərc edib və bu xüsusi buraxılışın üz qabığında dünyanı formalaşdıracaq dörd liderdən bəhs edib.

Turkustan.az xəbər verir ki, jurnalın xüsusi buraxılışının üz qabığında prezident Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin yer alıb.

Beynəlxalq qüvvələr balansının 2025-ci ildə dəyişəcəyini vurğulayan jurnalın üz qabığında döyüş təyyarələri, peyklər və tanklara da yer verilməsi, müdafiə sənayesinin əhəmiyyətinin vurğulandığı kimi şərh edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ