Son 24 saat ərzində Rusiya Silahlı Qüvvələri Qondarma Luqansk Xalq Respublikasının Novolyubovka qəsəbəsini ələ keçirib.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Qərb hərbi qruplaşmasının bölmələrinin qətiyyətli hərəkətləri nəticəsində Luqansk Xalq Respublikasının Novolyubovka qəsəbəsi azad edilib"-deyə, məlumat verilib.
Qeyd olunur ki, qrup son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin (AFU) 6 briqadasının canlı qüvvəsi və texnikasına ziyan vurub.
Aytən Yaşar/ Turkustan.az