ABŞ Ukrayna ilə bağlı qətnaməni bu tarixdə təqdim edəcək


Fevralın 24-də ABŞ Ukraynadakı münaqişənin həlli ilə bağlı qətnamə layihəsini BMT Baş Assambleyasına təqdim edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Dövlət katibi vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq niyyətindədir.

“Birləşmiş Ştatlar Birləşmiş Millətlər Təşkilatına tarixi qətnamə təklif edəcək. Bütün BMT üzvləri sülhə gedən yolun planlaşdırılması üçün bunu dəstəkləməlidirlər”, - Rubio bildirib. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ