Fransa və Estoniya Ukraynaya dəstəyin genişləndirilməsini müzakirə etmək üçün fevralın 24-də Avropa müdafiə nazirlərinin fövqəladə iclasını təşkil edir.
Turkustan.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Xəbərə görə, fevralın 24-də keçiriləcək videokonfransda Böyük Britaniya, Almaniya, İtaliya və Polşa kimi ölkələrin nümayəndələri ilə yanaşı, Avropa İttifaqı və NATO nümayəndələri də iştirak edəcək.
Agentliyin yazığına görə, Avropa liderləri ABŞ-ın Ukraynaya hərbi və maliyyə dəstəyini dayandırması perspektivini nəzərə alaraq yeni müdafiə planları hazırlamaq istəyirlər.
Bloomberg qeyd edir ki, Aİ xarici işlər nazirləri də fevralın 24-də Brüsseldə görüşəcək. /bakupost.az/