CBS: Tramp Zelenskinin danışıqlarda iştirakını lazımsız hesab edir


ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda Vladimir Zelenskinin iştirakını lüzumsuz hesab edir.

Turkustan.az xəbər verir ki, CBS müxbiri Cennifer Jacobs X-də Trampdan sitat gətirir: "Mən onun üçün görüşlərdə olmağın o qədər də vacib olduğunu düşünmürəm".

Bundan əlavə, amerikalı lider ölkənin maliyyə naziri Skott Bessentin Kiyevə səfərini “boş səfər” adlandırıb.

“Açığı, kaş ki, o, heç vaxt ora gəlməsəydi”–deyə, Tramp əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ