ABŞ-ın milli təhlükəsizlik müşaviri Mike Waltz bildirib ki, Ukraynanın qiymətli metalları ilə bağlı razılaşma təklifi əslində Ukrayna prezidenti Vladimir Zelenskidən gəlib.
Turkustan.az xəbər verir ki, Vals deyib ki, "Mətbuatın görməzlikdən gəlmək istədikləri bir hissəsi var. Keçən ilin sentyabrında Zelenski ABŞ-a tərəfdaşlıq təklif etdi. O, əlimizdəki mədənlərə sərmayə qoyun dedi və prezident Tramp müqavilə təklif etmək üçün öz xəzinədarlıq katibini Kiyevə göndərdi".
Vals Zelenskinin tezliklə mədənlərlə bağlı müqaviləni imzalayacağını da söyləyib və bunun Ukrayna üçün də xeyirli olacağını vurğulayıb.
Bu razılaşmanın ABŞ-ın Ukraynaya verdiyi dəstəyin müqabilində olduğunu bildirən Valtz, "Avropalılar yardımı kredit şəklində verdilər. Avropalıların borcu ödəniləcək, amma ABŞ-ın borcu ödənilməyəcəkmi?"-deyə, əlavə edib.
Aytən Yaşar/ Turkustan.az