"Xüsusi hərbi əməliyyat hələ də davam edir, lakin onun nəticəsi bəllidir - bu qələbə Rusiyanındır".
Turkustan.az xəbər verir ki, bunu "Vahid Rusiya" partiyasının sədri Dmitri Medvedev Moskvada "Qələbə" muzeyində hərbi əməliyyatların veteranları ilə görüşündə deyib.
"Müharibə hələ də davam edir, lakin bitəcək. Və bu, bizə aydın olan nəticə ilə başa çatacaq. Qələbəmizlə"-deyə, o bildirib.
Medvedevin sözlərinə görə, Qələbə Muzeyinin zalında Vətənin müdafiəsi ilə bağlı “ən məşhur sözləri xatırlamamaq mümkün deyil. “Düşmən məğlub olacaq, qələbə bizim olacaq”.
Aytən Yaşar/ Turkustan.az