KİV: ABŞ və Ukrayna "mədən müqaviləsi"ni yeniləyir


ABŞ prezidenti Donald Tramp son həftələrdə Ukraynaya məxsus nadir minerallarla bağlı müraciət etmiş və Ukraynaya edilən yardım müqabilində Ukraynanın bu minerallardan faydalanmalı olduğunu bildirmişdi.

Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Donald Trampın tələbini şişirdilmiş hesab edib. "ABŞ bizə 67 milyard dollar silah yardımı və 31 milyard dollar maliyyə yardımı etdi. 500 milyard dollarla bağlı danışıqlar ciddi deyil. Mən ölkəmi sata bilmərəm"-deyən, Zelenski Trampın təklifini rədd etmişdi.

ABŞ prezidenti Donald Tramp Ukraynanın təklifi rədd etdiyini təsdiqləyərək deyib: “Bizim razılaşmamız var idi, lakin onlar geri çəkildilər”.

Tramp həmçinin, "Düşünürəm ki, razılaşmanı canlandıracağam. Nə olacağını görəcəyik" deyib. O, mədənlərlə bağlı yeni razılaşmanın əldə oluna biləcəyinə diqqət çəkib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ