HƏMAS daha 6 israilli əsiri sərbəst buraxacaq


Həmas İsraillə Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşması çərçivəsində sabah azad edəcəyi altı israilli məhbusun adını paylaşıb.

Turkustan.az xəbər verir ki, İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə sabah keçiriləcək məhbus mübadiləsinin 8-ci turunda azadlığa buraxılacaq 6 israilli məhbusun Eliya Koen, Ömər Şem-Tov, Ömər Venkert, Tal Shoham, Avera Mengistu və Hişam əl-Sayed olduğunu açıqlayıb.
İsrail mediası Hişam əl-Sayed və Avera Mengistu-nun 10 ildən artıqdır ki, Qəzza zolağında əsir saxlanıldığını bildirib.

Qeyd olunub ki, azadlığa buraxılacaq 6 məhbusun ailəsinə də məlumat verilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ