İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Türkiyədə keçiriləcək növbəti prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi olmaq üçün rəsmi qaydada müraciət edib.
Turkustan.az xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
“Bu gün yeni başlanğıcın ilk addımını atdım və üzvü olmaqdan şərəf duyduğum Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi olmaq üçün rəsmi ərizəmi verdim”, - deyə İmamoğlu bildirib.
Qeyd edək ki, CHP-nin prezidentliyə namizədini müəyyən edəcəyi partiyadaxili seçki martın 23-də baş tutacaq.
Ali İcraiyyə Komitəsi ərizələrini təqdim etmiş prezidentliyə namizədləri fevralın 22-i elan edəcək.
/yeniavaz.com/