Vanqanın dediyi olur: Putin “dünyanın ağası”na çevrilir


Britaniyanın “Metro” qəzeti bolqar görücü Vanqanın Rusiya və Prezident Vladimir Putinlə bağlı 2025-ci il üçün proqnozlarını dərc edib.

Məqalədə iddia olunur ki, falçı Rusiyanın dünya səhnəsində hökmranlığını və Avropa üçün qaranlıq perspektivləri proqnozlaşdırıb.

Turkustan.az xəbər verir ki, Vanqa yazda Şərqdə başlayacaq və Qərbin məhvinə səbəb olacaq müharibəni qabaqcadan görüb.

“Metro”-nun məqaləsində deyilir: "Dünyanın ən məşhur görücülərindən biri 2025-ci ildə Avropanın qaranlıq gələcəyini proqnozlaşdırıb".

Nəşr, həmçinin qeyd edir ki, fransalı astroloq Nostradamus da Avropaya təsir edən münaqişə ilə bağlı oxşar proqnozlar verib.

Bundan əlavə, qəzetin yazdığına görə, Vanqa 2025-ci ildə Putinin “dünyanın ağası” olacağını və Rusiyanın beynəlxalq arenada lider mövqe tutacağını iddia edib.

Daha əvvəl Britaniyanın başqa bir qəzeti “Daily Mail” xəbər vermişdi ki, bolqar görücü 2024-cü ildə gerçəkləşəcək bir sıra hadisələri, o cümlədən qlobal iqtisadi böhran və tibbdə əhəmiyyətli dəyişiklikləri proqnozlaşdırıb. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ