"ABŞ-ın BMT-dən çıxması həm səhv, həm də piardır" - RUSİYA


"BMT-dən çıxmaq ABŞ üçün ciddi səhv olacaq, bu, həmçinin beynəlxalq vəziyyətin pisləşməsinə gətirib çıxaracaq".

Turkustan.az xəbər verir ki, bu fikri TASS-a müsahibəsində Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.

"BMT-dən çıxmaq, məncə, Amerika Birləşmiş Ştatlarının çox ciddi səhvidir. Hətta, mənə elə gəlir ki, bu, müəyyən piar addımıdır. Yəqin ki, amerikalılar indi hansısa eyforiyadadırlar və "biz heç birinizə önəm vermirik" mesajını ötürməyə çalışırlar. Bu, beynəlxalq vəziyyəti daha da çətinləşdirəcək"-deyə, o qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ