Rusiya hərbçiləri 24 saat ərzində Qondarma Donetsk Xalq Respublikasının Nadejdinka və Novosyolka rayonlarını ələ keçirib.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Mərkəz qoşun qrupunun bölmələri düşmənin müdafiəsinin dərinliklərinə doğru irəliləməyi davam etdirərək, Nadejdinka yaşayış məntəqəsini fəal şəkildə azad ediblər. Şərq qoşun qrupunun bölmələri isə Novosyolkanı azad ediblər" - deyə, Müdafiə Nazirliyindən bildirilib.
Aytən Yaşar/ Turkustan.az