ABŞ: Artıq ölkələrin bizi istismar etməsinə icazə verməyəcəyik


ABŞ dövlət katibi Marko Rubio ABŞ və Kanada arasında yaşanan gərginliklə bağlı "Ölkələrin bizi istismar etməsinə icazə verilən günlər bitməlidir. Bu, qlobal nizam üçün də yaxşı deyil" - deyə, bildirib.

Turkustan.az xəbər verir ki, jurnalist Ketrin Herricin proqramında qonaq olan Rubio aktual məsələləri dəyərləndirib.
Rubio Kanadanın baş naziri Castin Trudo ilə görüş zamanı ABŞ Prezidenti Donald Trampın tariflər və rüsumlar səbəbindən “ölkənin sağ qala bilməyəcəyini” söylədiyini iddia etdi.

Rubio digər ölkələr və tərəfdaşlarla istənilən şəkildə işləməyə davam edə biləcəklərini vurğulayaraq, iqtisadiyyat və ticarətə gəldikdə, Kanada, Meksika və Çin kimi ölkələrdən "ədalətli cavablar" gözlədiklərini söyləyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ