Kiyev Trampı məyus etdi…


Volodimir Zelenskinin hərəkətləri və ritorikası Donald Trampı məyus edib.

Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts deyib.

“Trampı məyus edən bir neçə məqam var. Birincisi, ABŞ vətəndaşlarının, vergi ödəyicilərinin, Prezidentinin etdiklərinə görə Kiyev dərin minnətdarlıq nümayiş etdirməli idi. Odur ki, Kiyevin bəzi açıqlamaları və hətta təhqirə yol verməsi qəbuledilməzdir. Zelenski faydalı resurslarla bağlı birgə konstruktiv razılaşma əvəzinə ABŞ-ın ünvanına meydan oxuyan ritorikanı seçdi”, – Uolts bildirib. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ