Zelenskinin imzalamadığı plan: Tramp Putinə deyəcəkdi ki…


Rusiyaya qarşı sanksiyaların yumşaldılması danışıqlar mövzusu ola bilər.

Turkustan.az xəbər verir ki, bu sözləri ABŞ-ın maliyyə naziri Skott Bessent “Blumberq”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Vaşinqton Rusiyanın danışıqlara hazır olmasından asılı olaraq, sanksiyaları ya sərtləşdirə, ya da zəiflədə bilər.

O xatırladıb ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ Prezidenti Donald Trampın yanlış məlumatlandırılması (xüsusən də Zelenskinin reytinqi barədə) ilə bağlı son şərhləri uyğun deyil və ABŞ-Ukrayna münasibətlərini mürəkkəbləşdirib.

Nazir vurğulayıb ki, Zelenski Münhen Təhlükəsizlik Konfransından əvvəl onu Ukraynanın mineral ehtiyatlarına hüquqların ABŞ-a ötürülməsi ilə bağlı 500 milyard dollarlıq saziş imzalayacağına inandırıb, lakin bunu etməyib.

Bessent hesab edir ki, razılaşma Trampın müharibəni bitirmək üçün “zərif” planının əsasını qoyacaqdı:

“Ardıcıllıq belə olmalı idi: ukraynalıları iqtisadi əlaqələr vasitəsilə ABŞ-a yaxınlaşdırmaq, amerikalıları, Amerika ictimaiyyətini inandırmaq, onların dəstəyini almaq. Sonra ruslara dəqiq mesaj vermək: masaya oturun, əgər bizə lazım olsa, sanksiyaları gücləndirəcəyik”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ