Putin ona təşəkkür zəngi etdi


Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibin Salman ilə telefon danışığı aparıb.

Bu barədə Kremlin saytında bildirilir.

Söhbət zamanı Ukrayna üzrə danışıqlar və OPEC+ çərçivəsində görülən işlər müzakirə olunub.

Həmçinin Putin fevralın 18-də Ər-Riyadda ABŞ-lə danışıqlar üçün rahat şərait yaradıldığına görə minnətdarlığını bildirib.

Qeyd edək ki, ötən gün Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinə yaxın vaxtlarda zəng etməyi, Rusiya və Amerika nümayəndələrinin görüşünü təşkil etdiyinə görə təşəkkür etməyi planlaşdırdığını açıqlayıb. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ