Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Lemoine, ABŞ prezidenti Donald Trampın yeni gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı danışıqlarının artması fonunda ABŞ-ın Avropa ilə ticarət müharibəsinə girəcəyi təqdirdə çox şey itirəcəyini söyləyib.
Turkustan.az xəbər verir ki, Christophe Lemoine, həftəlik mətbuat konfransında verdiyi qiymətləndirmədə, transatlantik iqtisadi əlaqələrin əhəmiyyətini vurğuladı və proteksionist siyasətlərə reaksiya verdi.
“Biz ABŞ-ın ən böyük ticarət tərəfdaşıyıq”.-deyən, Lemoine, ABŞ-ın Avropa ilə ticarət müharibəsinə girəcəyi təqdirdə çox şey itirəcəyini söylədi.
Bir jurnalist “Ukrayna məsələsində ABŞ Avropanın tərəfdarıdır, yoxsa əleyhinədir?” sualını verib. “Bizim ABŞ-la tarixi münasibətimiz var və müxtəlif əməkdaşlıq məsələləri üzrə intensiv dialoqumuz var”, - deyə Lemoine suala cavab verib.
Lemoine ABŞ-ın yeni administrasiyasının təkcə Ukrayna ilə bağlı deyil, həm də ticarət tariflərinin artırılması ilə bağlı yeni mövqe tutduğunu, lakin dialoqun davam etdiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az