Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Stefan de Keersmaecker Ukrayna prezidenti Vladimir Zelenskinin demokratik yolla seçildiyini və prezident Vladimir Putinin dövründə Rusiyanın demokratik ölkə olmadığını bildirib.
Turkustan.az xəbər verir ki, De Keersmaecker gündəlik mətbuat konfransında ABŞ prezidenti Donald Trampın Zelenskini “diktator” kimi təsvir etməsi ilə bağlı sualı cavablandırıb.
Mətbuat katibi bunları bildirib:
"Prezident Zelenski legitim, azad, ədalətli və demokratik seçkidə seçildi. Ukrayna demokratik ölkədir. Putinin Rusiyası deyil. Amerika rəsmilərinin istifadə etdiyi məlumatlara gəlincə, təbii ki, mən bu məsələ ilə bağlı heç bir məlumat paylaşa bilmərəm. Siz onlardan soruşmalısınız".
Bildirək ki, ABŞ prezidenti Tramp dünən Zelenskini Ukraynada seçki keçirmədiyinə görə tənqid edərək, “Seçki keçirməyən diktator Zelenski, tez davransa yaxşı olar, yoxsa ölkəsini itirəcək” demişdi.
Aytən Yaşar/ Turkustan.az