İsrail ordusunun Qəzza zolağına etdiyi hücumlarda həyatını itirən 4 məhbusun cəsədinin atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində qəbul edilməsindən sonra baş nazir Benyamin Netanyahu qəzəb və tənqid hədəfinə çevrilib.
Turkustan.az xəbər verir ki, siyasətçilər və jurnalistlər də daxil olmaqla, bir çox israilli Netanyahunu “siyasi səbəblərə görə” HƏMAS ilə atəşkəs və məhbus mübadiləsi razılaşmasını gecikdirdiyinə görə tənqid edib.
Müxalif Demokratlar Partiyasının lideri Yair Qolan Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşması çərçivəsində dörd israilli məhbusun cəsədlərinin təhvil verilməsindən sonra verdiyi açıqlamada baş nazir Netanyahunu məhbusların həyatı bahasına siyasi karyerasını xilas etməkdə ittiham edib.
Netanyahunun israilli məhbusları taleyinə buraxdığını bildirən Qolan, "Onlar ölür, o (Netanyahu) özünü xilas edir" deyib.
İsrailin əsas müxalifətçi Gələcək Partiyasından olan parlament üzvü Meirav Koen X hesabında yazdığı bir yazıda baş nazir Netanyahunun siyasi maraqlarını qorumaq naminə sazişi imzalamağı gecikdirdiyi üçün çoxlu israillinin həyatını itirdiyini iddia edib.
Aytən Yaşar/ Turkustan.az