Tramp Zelenskini "diktator" adlandıranda qalan ümidlər də söndü


ABŞ prezidenti Donald Tramp Ukraynada davam edən münaqişədə Vladimir Zelenskini alternativsiz qoydu.

Turkustan.az xəbər verir ki, bu barədə Bloomberg yazır .

Agentlik iddia edir ki, Trampın Zelenskiyə qarşı dönüşü Kiyevi alternativsiz qoydu. Trampın seçilməsindən sonrakı aylar ərzində Zelenski incə xəttlə getməyə çalışır. Lakin Amerika liderinin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra bunu etmək çətinləşib. Agentlik yazır ki, ötən gün Tramp Zelenskini diktator adlandıranda qalan ümidlər söndü. ABŞ prezidenti deyib ki, Zelenski Rusiya ilə razılığa gəlmək üçün tez hərəkət etsə yaxşıdır, əks halda onun ölkəsi qalmayacaq.

Bloomberg qeyd edir ki, Zelenski Avropanın təklif edə biləcəyi yardıma güvənməyə və ABŞ-ın dəstəyi olmadan müharibəni davam etdirməyə məcburdur. Əks halda, o, Moskva və Vaşinqtonun razılaşdığı istənilən sövdələşməni qəbul etməli olacaq.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ