Ukraynada müharibə başlayandan sonra Qərbdə dondurulmuş təxminən 570 milyard rubl Rusiyaya qaytarılıb.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankın sədri Elvira Nabiullina bildirib.
“Rusiya investorlarının - sanksiyalara məruz qalmayanların vəsaitlərinin dondurulmasından sonra biz hökumətlə birlikdə bu vəsaitləri azad etmək üçün müxtəlif sxemlər hazırladıq. Və ötən il müəyyən məbləğdə vəsait ayrılıb”, - Nabiullina bildirib.
Onun sözlərinə görə, bu, bir milyon yarım insana təsir edib. Mərkəzi Bankın rəhbəri dəqiqləşdirib ki, hazırda özəl investorların aktivlərinin dondurulması ilə bağlı əsas sxemlər müzakirə olunmur. /publika.az/