Bu şəhərə QARA QAR YAĞDI - FOTO


Amur vilayətinin Svobodnı şəhərinə yağan qara qar yerli sakinlərin təəccübünə səbəb olub.

Bu barədə "Amur Mash" "Telegram" kanalı məlumat yayıb.

Küçələr, evlər, maşınlar sanki qara kəfənə bürünüb. Bundan xüsusilə Dneprovskaya küçəsinin sakinləri əziyyət çəkir.

Qara qarın yağmasına səbəb yerli qazanxananın işidir. Bu problem bir illik deyil. Amma indiyədək yerli hakimiyyət bunu həll edə bilməyib.

Qeyd edək ki, şəhər sakinləri yerli qazanxanada mövcud problem və qara qarla bağlı kütləvi şəkildə müxtəlif orqanlara və KİV-lərə şikayət edərək, diqqəti cəlb edib vəziyyəti düzəldə biləcəklərinə ümid edirlər./publika.az


MANŞET XƏBƏRLƏRİ