Amerikalı milyarder iş adamı və ABŞ prezidenti Donald Trampın yaxın müttəfiqi İlon Mask Ukrayna prezidenti Vladimir Zelenskini amerikalı jurnalisti öldürməkdə ittiham edib.
Turkustan.az xəbər verir ki, Mask çilili və amerikalı jurnalist Qonzalo Liranın "2024-cü ildə Ukraynada Zelenskini tənqid etdiyinə görə öldürüldüyünü" iddia edən bir istifadəçinin X səhifəsində yazdığı yazıya cavab verib.
Ukraynanın Xarkov şəhərində yaşayarkən “Rusiyayönlü” yazılarına görə həbs edilən Liranın ölümünə cavabında Mask “Zelenski amerikalı jurnalisti öldürüb” deyib.
Aytən Yaşar/ Turkustan.az