HƏMAS 4 israilli məhbusun cəsədini təhvil verdi


HƏMAS atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində Qəzza zolağında İsrailin hücumu nəticəsində ölən dörd israilli məhbusun cəsədlərini Beynəlxalq Qırmızı Xaç qruplarına təhvil verib.

Turkustan.az xəbər verir ki, Qəzza zolağının Xan Yunis şəhərində tabutlarda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə təhvil verilən Oded Lifşitz, Şiri Bibas, Ariel Bibas və Kfir Bibasın cənazələri İsrailə aparılır.

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadalarının sözçüsü Əbu Ubeydə verdiyi açıqlamada, "Onların hamısı sionist işğalçı təyyarələr saxlandıqları yerləri qəsdən bombalamazdan əvvəl sağ idilər"-deyə, bildirib.
Razılaşmaya əsasən, İsrail fevralın 22-də bir qrup fələstinli məhbusu dörd israillinin cəsədinin qarşılığında azad edəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ