Ukrayna Rusiyanın bu vilayətinə hücuma hazırlaşır: Məqsəd nədir?


​​​Ukrayna Silahlı Qüvvələri (AFU) Bryansk vilayətində genişmiqyaslı hücuma hazırlaşır.

Turkustan.az xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, hücumun məqsədi münaqişənin həlli üçün Rusiya və ABŞ arasında danışıqları pozmaq ola bilər. Ukraynanın Sumı vilayəti ilə sərhədindən 50 kilometr aralıda texnika və bir neçə min əsgərin yığıldığı bildirilir.

Ukrayna Silahlı Qüvvələri əraziyə Qərb istehsalı olan texnika da yerləşdirib. /publika.az/


MANŞET XƏBƏRLƏRİ