“Artsax” hotelin adı söküldü


İrəvanda yerləşən "Artsax" otelinin fasadında yer alan ad götürülüb.

Turkustan.az xəbər verir ki, bu barədə erməni mətbuatı xəbər yayıb.

Otel rəhbərliyi adın sökülməsinin yerli idarəetmənin tələbi olduğunu bildirib. Məsələ ilə bağlı açıqlama verən nümayəndə, bunun texniki səbəblərlə əlaqəli olduğunu və əlavə suallara cavab verə bilməyəcəyini qeyd edib.

Qeyd edək ki, otelin adının dəyişdirilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bu addımın hansı səbəblərdən atıldığına dair rəsmi açıqlama verilməsə də, məsələnin ictimaiyyət tərəfindən diqqətlə izlənildiyi bildirilir./yenisabah.az


MANŞET XƏBƏRLƏRİ