Tramp: “Biz 350 milyard dollar verdik, Avropa isə pulu kreditlə verdi”


ABŞ lideri Ukraynanı nadir torpaq metalları barədə sazişi pozmaqda ittiham edib

ABŞ Prezidenti Donald Tramp Mayami-Biçdə keçirilən “FII Proirity” İnstitutunun sammitində çıxışı zamanı Rusiya və Ukraynanın bu müharibədə itkilərini açıqlayıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

ABŞ lideri Ukraynanı nadir torpaq metalları sazişini imzalamaqdan imtina etməkdə ittiham edib.

Tramp həmçinin qeyd edib ki, Avropa Birləşmiş Ştatlardan xeyli az xərcləyib, lakin kreditlə verdiyi üçün öz vəsaitlərinin qaytarılmasına zəmanət alıb.

“ABŞ Avropadan 200 milyard dollar çox xərcləyib. Pullarını kreditlə verdilər, ABŞ isə pulu sağa-sola paylayır. Bayden niyə bu barədə susdu? Niyə bərabər xərcləmə tələb etmədi? Biz 350 milyard dollar verdik, Avropa isə pulu kreditlə verdi”, - Tramp bildirib. /ayna.az/


MANŞET XƏBƏRLƏRİ