Şolz Zelenskiyə "diktator" deyən Trampı tənqid etdi


Almaniya kansleri Olaf Şolz ABŞ prezidenti Donald Trampı Vladimir Zelenskini diktator adlandırdığına görə tənqid edib.

Turkustan.az xəbər verir ki, Şolz Der Spiegel jurnalına deyib: “Zelenskinin demokratik legitimliyini inkar etmək sadəcə olaraq yanlış və təhlükəlidir”. Kanslerin nöqteyi-nəzərindən Zelenski “Ukraynanın seçilmiş rəhbəridir”. "Müharibə şəraitində müntəzəm seçkilərin keçirilə bilməməsi Ukrayna konstitusiyasının və seçki qanunlarının tələblərinə uyğundur. Heç kim fərqli bir şey iddia etməməlidir"-deyə, Şolz Zelenskini müdafiə edib.

Öz növbəsində Almaniyanın xarici işlər naziri Annalena Baerbok ZDF telekanalına verdiyi şərhdə Trampın sözlərini “tamamilə absurd” adlandırıb.

Bundan əvvəl Amerika prezidenti Zelenskini Ukraynada prezident seçkiləri keçirmək təklifindən imtina etdiyinə görə tənqid edib və onu “seçkisiz diktator” adlandırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ