Rusiya prezidenti Vladimir Putin Rusiya ilə ABŞ arasında Ər-Riyadda keçirilən görüşlə bağlı açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, görüşün müsbət keçdiyini deyən Putin iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün razılığın əldə edildiyini bildirib.
Putin ABŞ-ın əvvəlki administrasiyası ilə indiki administrasiya arasındakı fərqə toxunaraq, "Atmosfer kifayət qədər mehriban idi. Görüş iştirakçıları bildiriblər ki, ABŞ tərəfində olan insanlar danışıqlara açıq insanlar kimi tamamilə fərqlidirlər. Keçmişin qınanması yox idi" deyib.
Putin Ukraynanın sülh danışıqlarındakı mövqeyini də dəyərləndirərək, "Danışıqlarda həm Rusiya, həm də Ukrayna iştirak etməlidir. Heç kim Ukraynanı kənarda saxlamır"-deyə, vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az