ABŞ prezidenti Donald Tramp son mətbuat konfransında Vladimir Zelenskinin reytinqinin 4 faizə düşdüyünü və Rusiyanın istəsə, Kiyevə daha ciddi ziyan vura biləcəyini iddia edib.
Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın özü və Ukrayna haqqında söylədiyi fikirlərə cavab verib.
Zelenski Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun dərc etdiyi hesabatlara görə, ictimaiyyətin dəstəyinin 57 faiz olduğunu və Ukrayna Ordusunun hələ də müqavimətli olduğunu bildirib. Məsələ ilə bağlı Zelenski Trampın yanlış məlumatlandırıldığına diqqət çəkərək, “Donald Tramp dezinformasiya köpüyü içində yaşayır” deyib.
Digər tərəfdən, Zelenski Donald Trampın Ukrayna mədənləri ilə bağlı tələblərinə "ABŞ bizə 67 milyard dollarlıq silah və 31 milyard dollarlıq maliyyə yardımı göstərdi. 500 milyard dollarlıq minaları təhvil verəcəyimizə dair mərc ciddi deyil. Mən ölkəmi sata bilmərəm!"-deyə, bildirib.
Zelenski ABŞ-ın Ukraynaya yardım etməməsinə cavab olaraq digər strateji tərəfdaşlarla danışıqlara başladıqlarını açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az