Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində iki yaşayış məntəqəsini işğal edib.
Bu barədə “DeepState” layihəsinin analitikləri məlumat verib. Qeyd olunub ki, ruslar bir anda iki yaşayış məntəqəsini ələ keçiriblər.
“Düşmən Daçnoye və Zelenovkanı işğal edib”, - analitiklər yazır.
Həmçinin bildirilib ki, ruslar Konstantinopol, Novoselka, Kleşçeyevka, Baranovka, Novooçeretovatı, Andreyevka və Peschanoye yaxınlığında da irəliləyib. /AzPolitika.info/