Rusiya Federasiyası və ABŞ-ın milli maraqları heç vaxt tam üst-üstə düşməyəcək, lakin üst-üstə düşəndə tərəflər bundan faydalanmalıdır.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dövlət Dumasında hökumət saatında deyib.
“Milli maraqlar heç vaxt tam üst-üstə düşməyəcək, əksər hallarda onlar hər bir ölkə üçün vacib olan müəyyən sahələrdə ayrılır, lakin üst-üstə düşən yerdə biz bundan maksimum qarşılıqlı fayda əldə etmək üçün hər şeyi etməliyik”-deyə, Lavrov bildirib.
Aytən Yaşar/ Turkustan.az