ABŞ prezidenti Donald Tramp Rusiya və ABŞ nümayəndə heyətləri arasında sülh danışıqlarından sonra ilk açıqlamasını verib.
Turkustan.az xəbər verir ki, sülh danışıqlarının yaxşı getdiyini qeyd edən Tramp danışıqlara əminliyini ifadə edib.
Qərb ölkələrinin Ukraynaya əsgər göndərib-göndərməyəcəyi maraq doğursa da, Tramp mövzu ilə bağlı "ABŞ əsgərləri Ukraynaya getməli olmayacaq. Avropa ölkələri Ukraynaya sülhməramlılar göndərsələr, heç bir problem olmayacaq. ABŞ buna etiraz etməyəcək" deyib.
Digər tərəfdən, Tramp Ukraynada seçkilərin keçirilməməsinə diqqət çəkərək, "Hazırda Ukraynada seçkilərin keçirilmədiyi bir vəziyyətdəyik. Hərbi vəziyyət hökm sürür. Ukrayna lideri... Bunu deməyi xoşlamıram, amma onun səsvermədəki reytinqi 4 faizə düşüb. İnsanların uzun müddətdir seçkilər keçirilmədiyini söyləməsi gərəkməzmi?"-deyə, bildirib.
Tramp Zelenskini də tənqid edərək, "Zelenski heç vaxt müharibəyə başlamamalı idi. İndi masa arxasında olmaq istədiklərini deyirlər. Üç ildir oradadırlar, razılaşma əldə oluna bilərdi" deyib.
Amerika lideri ayın sonuna qədər Rusiya prezidenti Vladimir Putinlə görüşə biləcəyini də vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az