Ermənistan bu gün sürgün vəziyyətindədir.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə general-mayoru Tatul Petrosyan “Hraparak” nəşrinə müsahibəsində deyib.
“Ermənistan sürgün vəziyyətindədir. Ermənistan bu gün kimsəyə gərək deyil, bizim ölkəmiz acınacaqlı vəziyyətdədir və heç bir ölkə bu vəziyyətdə olan bir ölkə ilə bərabərhüquqlu əməkdaşlıq edə bilməz”, – deyə Petrosyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistan heç bir yeni strateji tərəfdaş tapmayıb və daha əvvəl tapdıqları ilə də münasibətləri tamamilə korlayıb.
“Bu gün Rusiya və İran Ermənistanın strateji tərəfdaşları olaraq qalır, lakin onlar bu tərəfdaşlığı məhv etmək və qara yaxmaq üçün əllərindən gələni edirlər”, – o əlavə edib. /globalinfo.az/