İranın ali dini lideri Əli Xamenei Fələstin İslami Cihad Hərəkatının rəsmiləri ilə görüş keçirib.
Turkustan.az xəbər verir ki, Fələstin müqavimətini Qəzzada göstərdikləri müqavimətə görə təbrik edən Xamenei ABŞ prezidenti Donald Trampın irəli sürdüyü Qəzza planına da münasibət bildirib.
Xamenei: “ABŞ-ın Qəzzada axmaq planı heç bir nəticə verməyəcək. Fələstinlilər Qəzzanı tərk etməyəcəklər”-deyə, bildirib.
Digər tərəfdən qlobal ictimai rəyin fələstinlilərin tərəfində olduğuna işarə edən Xamenei, belə bir şəraitdə müqavimət və fələstinlilərin razılığı olmadan belə bir planın həyata keçirilə bilməyəcəyini deyib.
İranın xarici işlər naziri Abbas Ərakçi ABŞ-ın gündəmə gətirdiyi nüvə danışıqlarını dəyərləndirib. ABŞ-ın həyata keçirməyə qərar verdiyi maksimum təzyiq siyasətinin heç bir zaman işə yaramadığını ifadə edən Arakçi, İranın təhdid altında danışıqlar aparmayacağını vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az