HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayye İsraillə atəşkəs razılaşması çərçivəsində məhbus mübadiləsi gündəmi ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Hayye bildirib ki, Həmas 4 israilli məhbusun cəsədini fevralın 20-də Qırmızı Xaça təhvil verəcək.
Bundan əlavə, Hayye fevralın 22-də əvvəlcədən planlaşdırıldığı kimi 3 deyil, 6 israilli məhbusun sağ olaraq azad ediləcəyini bildirib .
HƏMAS-ın atəşkəsin ikinci mərhələsini həyata keçirməyə hazır olduğunu bildirən Hayye, Təl-Əviv rəhbərliyinin atəşkəsin ikinci mərhələsi üçün danışıqlara başlamaqdan çəkindiyini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az